Hindistanın paytaxtı Yeni Dehli ardıcıl 8-ci dəfə dünyanın ən çirkli paytaxtı seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçrənin hava keyfiyyətini izləyən məşhur “İQAir” agentliyinin 2025-ci il üzrə qlobal hesabatında bildirilib.
Siyahıda sonrakı yerləri Dəkkə (Banqladeş), Düşənbə (Tacikistan) və Ncamena (Çad) tutur.
Dünyanın ən təmiz havasına sahib paytaxtlar isə Fransız Polineziyasından Papeete, Puerto-Rikodan San-Xuan və Barbadosdan Brictaun olub.
Ümumilikdə dünya üzrə yalnız 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsizlik limitlərinə cavab verə bilir.
Azərbaycanın paytaxtı Bakı regionun digər sənaye şəhərləri ilə müqayisədə orta sıralarda qərarlaşıb. 2025-ci ilin hesabatına əsasən, Bakı hava kirliliyinə görə dünya paytaxtları arasında 50-60-cı sıralar (orta kirlilik səviyyəsi) ətrafında dəyişir. Şəhərimizdəki PM2.5 (incə toz hissəcikləri) miqdarı ÜST-ün normativlərindən təxminən 3-4 dəfə yüksəkdir. Bu isə Bakının orta dərəcədə çirkli şəhərlər qrupuna daxil olduğunu göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, ölçüsü 2.5 mikrometrdən kiçik olan bu toz hissəcikləri birbaşa ağciyərlərə və qan dövranına keçərək xərçəng, ürək və tənəffüs yolu xəstəliklərinə səbəb olur. Hesabat təmiz enerjiyə keçidin artıq seçim deyil, məcburiyyət olduğunu vurğulayır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü