Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan sakinlərin sel-daşqın təhlükəsi barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi (RM) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın və Tərtər rayonları, Aran RM tərəfindən Ağdaş, Goranboy, Göyçay və Kürdəmir rayonları, Şimal RM tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları, Şimal-qərb RM tərəfindən İsmayıllı, Qəbələ, Oğuz və Balakən rayonlarının sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü