Latın Amerikasında yaşayan ispandilli auditoriya və erməni diasporu üçün fəaliyyət göstərən "SoyArmenio" saytında azərbaycanlı alim Zaur Əliyevə qarşı açıq çağırış edilib.
BUTA.TV xəbər verir ki, çağırışı Ermənistanın Geqard Fondu yayıb.
Fond “azərbaycanlı alimləri, xüsusilə Zaur Əliyevi “tarixi faktları təhrif etməkdə” və “erməni əleyhinə məzmun dərc etməkdə” ittiham edib.
Şikayət həmçinin Kubanın elmi jurnallarına daxil olub və orada “ermənilər əleyhinə məqalələrə” etiraz edilib.
Zaur Əliyev isə qeyd edib ki, onun Latın Amerikası və Kuba elmi jurnallarında Azərbaycan həqiqətlərinin dərcinə nail olması erməniləri ciddi şəkildə narahat edib. Ermənilər onillərdir qurduqları yalançı “elmi illuziya” və saxta tarixin tutarlı elmi faktlar qarşısında məhv olmasından narahatdırlar:
“Erməni ideologiyasının ən zəif nöqtəsi Cənubi Qafqazdakı alban irsidir. Mən mütəmadi olaraq kilsə və monastırların alban mənşəli olduğunu sübut edən sənədlər paylaşıram. Onlar bunu özlərinin "tarixi varislik" iddialarına ən böyük təhlükə hesab edirlər, çünki bu, bir çox abidənin erməniləşdirildiyini ortaya qoyur”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü