Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu bu gündən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.
Bu barədə BUTA.TV-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirlik balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş müddətlərdə və qadağan edilmiş alətlərlə balıq ovundan çəkinməyə çağırıb.
"Balıq və digər su bioresurslarının ov qaydalarını pozan, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanun pozuntularına qarşı müvafiq tədbirlər görülür", - deyə qurumdan qeyd edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü