Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağış yağacağı gözlənilir.
“BUTA.TV” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü