ABŞ-də ötən ilin noyabrın 5-də Kentukki ştatında 15 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.
“BUTA.TV” xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən yayımlanan kadrlarda havaya qalxan yük təyyarəsində ciddi nasazlıq baş verdiyi anlar əks olunub.
Görüntülərdə sol mühərrikin qalxış zamanı sıradan çıxdığı və alovlandığı görünür.
Qəza UPS şirkətinə məxsus “McDonnell Douglas MD-11” tipli yük təyyarəsinin Luisvill Beynəlxalq Hava Limanından qalxışından cəmi bir neçə saniyə sonra baş verib. Təyyarə hava limanı yaxınlığındakı yaşayış ərazisinə çırpılıb.
Məlumata görə, təyyarədə üç ekipaj üzvü olub və ümumilikdə hadisə nəticəsində azı 15 nəfər həyatını itirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü