ABŞ səhiyyə naziri Robert F. Kennedi diqqətçəkən hadisə ilə gündəmə gəlib.
“BUTA.TV” xəbər verir ki, nazir televiziya siması və həkim Mehmet Özün evinə səfəri zamanı terrasda görünən ilanları yalın əlləri ilə tutub.
Ətrafdakıların təəccübünə səbəb olan hadisə zamanı Kennedi sakit davranaraq ilanları nəzarət altına alıb.
Nazir həmin anların görüntülərini sosial media hesabında paylaşıb. Video qısa müddətdə böyük maraq doğurub.
Vəhşi təbiətə marağı ilə tanınan Kennedinin paylaşımı sosial şəbəkələrdə minlərlə baxış və şərh toplayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü