Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü ildən çox şey asılıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, ermənilərin əsas gücü diaspordur:
- Bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturu;
- Transkontinental fövqəldövlət əlaqələri və münasibətləri;
- Güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri;
- Böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər;
- Xüsusi idealogiya və kilsə;
- Tarixi miflərin müstəsna dərəcədə effektiv istismarı;
- Öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığı.
“2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq...” – Korotçenko qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü