27 fevral tarixində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi Plenumunun yarıdan çox üzvünün birgə tələbinə əsasən, Komitənin növbədənkənar Plenumu keçirilib.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, tədbirdə 19 plenum üzvü, kollektivi təmsil edən 98 səlahiyyətli nümayəndə və 92 digər üzv iştirak edib.
Plenumda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov və sədr müavini Samir Böyükzadənin səlahiyyətlərinə səs çoxluğu ilə xitam verilib.
Plenum üzvlərinin səs çoxluğuna əsasən, ADY-də 40 ildən çox iş stajına malik və 2012-ci ildən Sərnişindaşıma Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən Vaqif Bədəlov DMHİ-nin yeni sədri, 2004-cü ildən dəmir yolunda çalışan və 2016-cı ildən Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Fətəli Bəyimov isə sədr müavini seçilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü