Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilər eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edib, bu dəfə Rusiya sülhməramlının müşayiəti ilə. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.
Bu, həm də Müdafiə Nazirliyinin dünənki xəbərdarlığına baxmayaraq, ermənilərin planlarından əl çəkmədiyinin isbatıdır.
MN eyni məzmunlu xəbərdarlığı bu gün də edib. XİN də bəyan etdi ki, “Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”.
Rəsmi Bakının indi xəbərdarlıqla kifayətlənməsinin iki mümkün səbəbi ola bilər: ya Qarabağda erməni əhalisinin inteqrasiyasının aktual olduğu vaxt yeni gərginliyin prosesə zərər verəcəyini nəzərə alaraq, hələ ki, ritorikadan istifadə edir; ya da miqyası və hədəfi baxımından daha genişçaplı addımlar atılacaq və “biz dəfələrlə xəbərdarlıq etdik” istiqamətində beynəlxalq ictimai rəyi formalaşdırır.
Ermənilərin xəbərdarlıqları nəzərə almadığı təcrübəsi və Bakının bunu bildiyi reallığını nəzərə alsaq, ikinci versiya daha güclüdür.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü