Rusiya ordusu gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumlarına başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.
Eyni zamanda rusların İran istehsallı “Şahid” PUA-ları ilə hücuma keçdiyi vurğulanıb:
“Raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir. Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb”.
Məlumata görə, paytaxt Kiyev şəhərinə ballistik raketlər atılıb.
Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib.
Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü