Böyük Britaniyanın baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı Hyde Parkda itlərini ipsiz gəzdirdiklərinə görə polis tərəfindən onlara xəbərdarlıq edilib.
BUTA.TV Manset.az-a istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murtinin Nova adlı itlərini paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Polisi açıqlama yayıb.
Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, baş nazirin xanımı ilə danışaraq qaydaları bir daha xatırlatdığı deyilib.
Mövzu ilə bağlı Sunakdan açıqlama gəlməyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü