Pentaqon Rusiyanın Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsinin qalıqlarını çıxarmağa çalışdığı barədə mediada yayılan xəbərləri oxuyub, lakin bu xəbərləri nə təsdiq, nə də təkzib etməyə hazır deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder danışıb.
"Mən bu mövzuda bir sıra xəbərlər görmüşəm, lakin bunların olub-olmadığını təsdiqləyə bilmirəm”, - deyə Rayder qeyd edib.
Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü