AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
BUTA.TV xəbər verir ki, UEFA F qrupunun ilk matçına Polşadan olan hakimlər briqadasını təyin edib.
Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə ehtiyat hakim funksiyasını Damian Kos yerinə yetirəcək.
Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü