Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, buna səbəb Danimarkada Qurani-Kərimin və Türkiyə bayrağına hücum olub.
Türkiyə XİN bildirib ki, söz azadlığı adı altında bu mənfur hərəkətə icazə verilməsi qətiyyən yolverilməzdir və belə bir yanaşma heç vaxt əsaslandırıla bilməz:
“Martın 24-də Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən nifrət cinayətinə 31 Mart Ramazan ayında yenidən icazə verilməsini şiddətlə qınayırıq.
Nazirliyimizə çağırılan Danimarka səfirinə məlumat verildi ki, biz bu iyrənc hücumu qətiyyətlə pisləyirik və etiraz edirik. Biz bir daha Danimarka hakimiyyətini bu cinayəti törədənlərə qarşı lazımi tədbirlər görməyə və bu cür təxribatların təkrarlanmaması üçün təsirli tədbirlər görməyə çağırırıq”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü