ABŞ-in Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman Azərbaycana səfərə gəlib.
ABŞ səfirliyindən BUTA.TV-a verilən məlumata görə, beynəlxalq ticarət sahəsində 20 ildən artiq təcrübəyə malik olan Venkataraman peşəkar fəaliyyəti zamanı özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ-in hökumətinə öz məsləhətlərini verib.
O, həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək. Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü