İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamliel hazırda ABŞ-da yaşayan İran vəliəhdi Şahzadə Rza Pəhləvi ilə görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.
“İsrailin kəşfiyyat naziri Gila Qamliel İranın vəliəhdi, şahın oğlu və indiyə qədər İsrailə açıq səfər edəcək İranın ən yüksək rütbəli şəxsi Rza Pəhləvini qəbul edəcək”, - məlumatda bildirilir.
Qeyd olunur ki, görüşün məqsədi İsrail və İran xalqı arasında körpü yaratmaqdır:
“Görüş zamanı İranda insan haqları ilə bağlı vəziyyəti müzakirə etmək planlaşdırılır. Səfər çərçivəsində Rza Pəhləvi Holokost qurbanlarının Beynəlxalq Anım Günü şərəfinə keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək, eyni zamanda, bəhai dini icmasının üzvləri və yəhudi-iran icması ilə görüşəcək”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü