Rusiyanın Türkiyədə nəzərdə tutduğu qaz qovşağı vasitəsilə qaz satışı və alışı 2024-cü ildə başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib.
"Qaz qovşağına gəlincə, biz ilk hərraca 2024-cü ildə başlayacağıq", - Dönmez bildirib.
Qeyd edək ki, daha əvvəl F.Dönməz bir sıra Avropa ölkələrinin Türkiyənin qərbində yaradılan qovşaq vasitəsilə qaz almağa hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rumıniya çoxdan Türkiyə vasitəsilə qaz almaq istəyir. Təbii qaz almaq arzusu Macarıstan, Bosniya və Herseqovina və Serbiya tərəfindən də ifadə olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü