Bu gün istintaq orqanının təqdimatı ilə Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha iki ay - iyunun 28-dək uzadıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azadlıq Radiosuna müdafiə tərəfindən məlumat verilib.
Müdafiə tərəfindən bildirildiyinə görə, onlar məhkəmənin qərarı ilə razılaşmadıqlarını bildiriblər və bu qərardan şikayət vermək niyyətindədirlər.
Qeyd edək ki, ötən ilin dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü