Türkiyədə may ayında keçiriləcək seçkilərdən sonra Bakı ya rahat nəfəs alacaq, ya da gərginliyi xeyli azaltmaq məcburiyyətində qalacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “The Cradle.co” saytında yayılan məqalədə bildirilib.
Məqaləni paylaşan Avropada yaşayan jurnalist Elbəyi Həsənli vurğulayıb ki, nəşr aşağıdakılara eyham edib: “Tayyib Ərdoğan seçilsə, Azərbaycan milli maraqlarını daha təkidlə qoruyacaq, Kamal Kılıçdaroğlu prezident seçilsə, Azərbaycan öz milli maraqlarından geri çəkilmək zorunda qalacaq...”
Bu məqama sayt məqalənin başqa bir hissəsində də toxunub:
“Azərbaycan Türkiyədə qarşıdan gələn seçkiləri böyük narahatlıqla izləyir. Ərdoğanın qələbəsi Bakının sərt regional siyasətinin davamlılığı deməkdir, lakin müxalifətin qələbəsi onun son qazanclarını sarsıda bilər”.
Sayt xatırladıb ki, 2021-ci ilin aprelində Türkiyə parlamentinin İnsan Haqları Komitəsi Qarabağ münaqişəsi ilə bağlı hesabat yayaraq, münaqişəyə görə yalnız Ermənistanın məsuliyyət daşıdığını qeyd edib və Ermənistanı “müharibə cinayətləri” iddiasına görə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) mühakimə etməyə çağırıb:
“Amma CHP və HDP kimi əsas müxalifət partiyaları parlamentin hesabatını qərəzli adlandırıb və bu hesabata qarşı çıxıb. Kamal Kılıcdaroğlu prezident seçilsə, CHP və HDP Azərbaycanın əleyhinə daha sərt mövqe sərgiləcəyək”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü