İşğal olunmuş ərazilərin təzyiq altında Rusiya vətəndaşlığını almış sakinləri qanunla təqib olunmayacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayl Podolyak bildirib.
"Rusiya pasportunu almamağa çalışın. Əgər repressiyalardan, işgəncələrdən qaçmaq üçün Rusiya pasportu götürməlisinizsə, götürün. Prinsipial vətəndaş mövqeyi ən yüksək tərifə layiqdir. Amma Ukrayna məhbuslarının və ya işgəncəyə məruz qalan vətəndaşların sayının artması heç kimə fayda verməyəcək", - o vurğulayıb.
Podolyakın sözlərinə görə, Ukrayna passiv şəkildə belə vətəndaşlıq almış vətəndaşları mühakimə etməyəcək.
Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin ələ keçirilmiş Ukrayna torpaqlarındakı vətəndaşlara Rusiya pasportunun verilməsi ilə bağlı fərman imzalayıb.
Ukrayna Ombudsmanı isə Rusiyanın nəzarətində olan ərazilərdəki ukraynalıların yaşamaq üçün bu ölkənin vətəndaşlığını qəbul etməsini tövsiyə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü