PSJ-nin hücumçusu Lionel Messi klubu ilə vəziyyəti düzəltməyə çalışır.
BUTA.TV xəbər verir ki, Argentinalı PSJ-nin azarkeşlərindən və futbolçulardan açıq şəkildə üzr istəyib.
“Salam, baş verən hər şeyə görə bu videonu çəkmək istədim. İlk növbədə komanda yoldaşlarımdan və klubun bütün heyətindən üzr istəyirəm. Düzünü desəm, əvvəlki həftələrdə olduğu kimi oyundan sonra da bir gün istirahət edəcəyimizi düşünürdüm. Səudiyyə Ərəbistanına bu səfəri əvvəlcədən planlaşdırmışdım və onu ləğv edə bilməzdim. Yenə deyirəm, tutduğum işdən peşmanam və istənilən qərarı qəbul edirəm. Başqa heç nə, qucaqlayıram”, – Messi videoda deyib.
Xatırladaq ki, Messi Liqa 1-də “Lorient”ə uduzduqları oyundan (1:3) sonra baş məşqçi Kristof Qaltye və futbol müşaviri Luis Kamposun icazəsi olmadan Səudiyyə Ərəbistanına getmişdi. Nəticədə PSJ Lionel Messini iki həftəlik komandadan uzaqlaşdırıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü