İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) son dörd gündə 11 etnik bəlucu öldürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Onlardan ikisinin 17 yaşı olduğu qeyd edilir.
Öldürülən bəlucların pərakəndə yanacaq satışı ilə məşğul olduqları bildirilib.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən son yerdə dayanırlar. Onların bir qismi gündəlik ehtiyaclarını təmin etmək üçün qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü