Türk lirəsinin dəyərini itirməsinin əsas səbəbi Türkiyənin özünün iqtisadi vəziyyətidir. Çünki zəlzələdən sonra çoxlu pul lazımdır. Valyuta dəyərlərində və turist sayında isə gözlənilən qədər artım hələ ki yoxdur.
Bu sözləri BUTA.TV-a iqtisadçı ekspert Natiq Cəfərli son iki gündə bir dolların 20,4 lirəyə qalxmasını şərh edərkən deyib.
Ekspert bildirib ki, sözügedən nüanslar ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub:
"Seçkilərdən sonra da investorlar Rəcəb Tayyib Ərdoğanın həmin siyasəti (faizləri aşağı çəkmək) davam etdirəcəyini düşünürlər. Ona görə də türk lirəsi ucuzlaşır”.
Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti lirənin ucuzlaşmasının qarşısı heç cür qarşısı ala bilməz:
"Yalnız böyük həcmdə kredit götürməlidir. O zaman problemi yüngülləşdirmək mümkün ola bilər".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü