Rusiyalı həmkarım Vladimir Putinlə bir ildən artıqdır ki, əlaqə saxlamıram.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Bir ildən çoxdur ki, Putinlə danışmıram. Amma onu görməyə gedən və ya onunla danışan bir çox AB lideri gördüm. Düşünürəm ki, kimsə ilə danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı deyərdi: “Serblərə bax. Bizə nəyi qadağan etmək istəyirlərsə, özlərinə onu icazə verirlər”, - o bildirib.
Vuçiç Putin və Ukrayna Prezidenti Zelenskini ən qısa zamanda eyni masa arxasında görmək istədiyini bildirib:
“Hər ikisi ortaq məxrəc tapmalıdır. Hər iki tərəfdən güzəştə ehtiyac var. Əks halda başqa münaqişələrimiz olacaq. Ən qısa zamanda ortaq məxrəc tapılmalıdır, bu, bəşəriyyət, bütün dünya üçün daha yaxşı olar”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü