Rusiya sülhməramlılarının Xankəndini mühasiryə aldığına dair məlumatlar yayılıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, erməni mənbələrin yaydığı məlumata görə sülhməramlıların ermənilərin Qarabağdan çıxışına maneələr törədir.
Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib.
Bunu hətta erməni ekspertlər də etiraf ediblər. Erməni ictimai xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir.
“Ona görə də Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, - o deyib.
Məlumatlara görə, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü