Rusiya Prezidenti Vladimir Putin “Vaqner” rəhbəri Yevgeni Priqojini qiyama görə bağışlamayacaq.
BUTA.TV xəbər verir ki, bunu CNN-in jurnalisti Cin Dogerti yazıb.
“Putin satqınları bağışlamır. Putin Priqojinə Belarusa getməsini desə belə, “Vaqner” rəhbəri yenə də satqın hesab olunacaq və hesab edirəm ki, Putin bunu heç vaxt bağışlamayacaq. Mümkündür ki, Priqojin Belarusda öldürülsün. Amma bu da Moskva üçün dilemmadır. Çünki Priqojinin müəyyən dəstəyi var, o, harada olmasından asılı olmayaraq, təhlükədir”, - jurnalist bildirib.
Onun sözlərinə görə, sadə rusiyalılar dövlət çevrilişi etmək istəyənləri alqışladılar və bu da Putin üçün çox pis xəbərdir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü