Futbol üzrə Rusiya yığmasının sabiq üzvü Andrey Arşavin Tatyana Navkanın aparıcı olduğu “Komanda” verilişində qonaq olub.
BUTA.TV Aut.az-a istinadən xəbər verir ki, sabiq hücumçu söhbət əsnasında aparıcı ilə əri – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla bağlı zarafat edib.
- Mən sizin ərinizi bəyənirəm… birincini. İkincini isə…
- Bəs ikincisi xoşunuza gəlmir?
- İkincisini hələ bilmirəm.
Navka cavab olaraq gülüb və “Uşaqlar, indi maraqlı proqramımız olacaq”, – deyə davam edib.
Qeyd edək ki, fiqurlu konkisürən 2000-2010-cu illərdə məşqçi Aleksandr Julinlə evli olub. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla ailə həyatı qurub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü