Almaniyanın Hessen federal əyalətində Eritreyalıların Mərkəzi Şurasının təşkil etdiyi festival zamanı iğtişaşlar olub.
BUTA.TV xəbər verir ki, bu barədə alman polisinin məlumatında bildirilib.
İğtişaşlar zamanı 22 polis əməkdaşının yaralandığı vurğulanıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları festivalın keçirildiyi yerdə əraziyə basqın etməyə imkan verməyib. İğtişaşçılar daş və butulka atıb, dalaşıblar, tüstü bombaları yandırıblar, hasarları yıxıblar və polis kordonlarını yarmağa çalışıblar.
Qeyd edək ki, festival artıq bir neçə dəfə Gissendə keçirilib. Onun iştirakçıları Eritreyanın hazırkı hakimiyyətinin əleyhdarlarıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü