İyulun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şimali Kipr Türk Respublikasında yeni aeroport istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin infrasturktur və nəqliyyat naziri Əbdülqədir Uraloğlu deyib.
O bildirib ki, hava limanının tikintisinə 400 milyon avro xərclənib.
"Paytaxt Nikosiyada Türkiyəni ŞKTR ilə, ŞKTR-ni isə dünya ilə birləşdirəcək yeni Ercan Hava Limanı iyulun 20-də prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi mərasimdə istifadəyə veriləcək.
"400 milyon avroluq sərmayə sayəsində hava limanının tutumu 10 milyon sərnişindir. 3,1 min metrlik uçuş-enmə zolağı bütün sərnişin təyyarələri modellərinin istifadəsi üçün əlverişlidir. Ümumilikdə, 30 təyyarə dayanacağı var ", - deyə nazir bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü