Gürcüstana vəhşi siyasət lazım deyil.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze Soçidən Batumi limanına gələn Rusiyanın “Astoriya Qrande” layneri qarşısında keçirilən etiraz aksiyası ilə bağlı deyib.
“Bu, sadəcə vəhşilikdir və xatırlatmaq istəyirəm ki, bu vəhşilik müxtəlif vaxtlarda ölkəyə ağır fəsadlar gətirib. Sözsüz ki, biz buna imkan verməyəcəyik. Bizə vəhşi yox, praqmatik, rasional və ölkəmiz üçün düzgün siyasət lazımdır. Bu, Gürcüstanda sülhün saxlanılması və ölkənin inkişafı üçün yeganə reseptdir”, - Kobaxidze bildirib.
Qeyd edək ki, dünən Rusiyaya məxsus “Astoria Grande” laynerinin Batumi sahillərinə yaxınlaşmasına etiraz olaraq gürcülər aksiyalar keçiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları alqışlamışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü