Təəssüf ki, biz Azərbaycanın çox yaxşı dostu Tomas Qoltsu vaxtsız itirdik. Sağlığında ölkəmiz üçün çox mühüm işlər gördü. Xocalı faciəsini ilk dəfə dünya ictimaiyyətinin diqqətinə çatdıranlardan biri kimi, onillərlə Qarabağ həqiqətlərini dünyaya yaymaqla məşğul oldu. Kitabları ilə, məqalələri ilə, çıxışları ilə, filmləri ilə həyatının böyük hissəsini Azərbaycana həsr etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin sabiq rəhbəri, Avropa Azərbaycan Məktəbinin təsisçisi Taleh Heydərov tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qoltsun vəfatı haqda qeyd edib.
“Mənim yaddaşımda o cəsarətli, mərd, dostluğa sədaqətli, prinsipial, maraqlı, savadlı, ədalətli, çox yaxşı bir insan kimi qalacaq. Onunla bağlı çoxlarının gözəl xatirələri var.
Bizə bəxş etdiyi ən böyük miras isə “Azərbaycan Gündəliyi’ kitabı olmuşdur. Tariximiz üçün çox böyük əhəmiyyət daşıyacaq bir əsər.
Çətin də olsa, bir neçə ay əvvəl Azərbaycana səfər etdi, işğaldan azad olunmuş torpaqları ziyarət etdi. Ən azından bunun ona qismət olmasına sevindim. Haqq-ədalətin bərpa olunmasının şahidi oldu.
Onu kitablarında, işlərində xatırlayacağıq. Hər şeyə görə çox sağ olun, Professor Qolts! Sizin üçün çox darıxacağıq…” – T.Heydərov bildirib.
Xatırladaq ki, tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts (Thomas Goltz) 68 yaşında vəfat edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü