Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
"Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda, Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi taxıl sazişi məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”, - Peskov qeyd edib.
Qeyd edək ki, Ərdoğan və Putin arasında bu gün baş tutan telefon danışığı zamanı Rusiya liderinin Türkiyəyə səfər etməsi razılaşdırılıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü