Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü