Bakıda yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan moped sürücüsü saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
“17.08.2023-cü il tarixdə mopedi idarə edən Əli Abuzər oğlu Əhədov Heydər Əliyev prospektində müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydalarını pozub.
Yol polisinin verdiyi işarələrə məhəl qoymayan Ə.Əhədov Keşlə qəsəbəsi istiqamətində mopedi atıb və naməlum istiqamətdə qaçıb gizlənməyə nail olub.
Barəsində tərtib olunmuş raport və verilmiş axtarış əsasında 20.08.2023-cü il tarixdə yaşadığı Astara şəhərində tapılıb”,- deyə A.Əsgərli vurğulayıb.
Həmin şəxs barəsində inzibati qaydada protokollar tərtib edərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Ə.Əhədov 20 sutka inzibati qaydada həbs edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü