MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisi Ueyn Runi Bakıya gəlir.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, Ueyn Runinin azərbaycanlı dostu dekabr ayında ölkəmizin şimal bölgəsinə qonaq gətirəcək. Səfər istirahət məqsədi daşıyır, burda hər hansı iş görüşməsi nəzərdə tutulmayıb.
Ueyn Runi hazırda MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisidir, onun komandası hazırda turnir cədvəlində 30 xalla onuncu sırada qərarlaşıb. Runi futbolçu karyerası dövründə "Everton", "Mançester Yunayted" kimi klublarda çıxış edib. O eyni zamanda 2003-2018-ci illərdə İngiltərə millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, ölkəmizdə bundan əvvəl Zlatan İbrahimoviç, Mixail Ballak, Rikardo Quarejma kimi ulduz futbolçular istirahət məqsədilə qonaq olublar.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü