Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.
Həmçinin, nazirin sözlərinə görə, Bakı və Budapeşt arasında Macarıstanın tikinti şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı ilə bağlı ilkin razılıq əldə olunub.
Xatırladaq ki, avqustda Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü