AB ölkələri və qurumları Ukraynaya ABŞ-dan iki dəfə çox yardım vəd edib.
BUTA.TV xəbər verir ki, bu barədə Kildəki Dünya İqtisadiyyatı İnstitutu öz internet səhifəsində bildirib.
"Avropa Birliyi Ukraynaya yardım vədləri ilə ABŞ-ı açıq-aşkar geridə qoyub. Bunun əsas səbəbi AB-nin yeni 50 milyard avroluq "Ukrayna Fondu"nun olmasıdır. Əlavə olaraq digər Avropa ölkələri də yeni yardımlarla dəstəyi artırıblar”, - məlumatda deyilib.
Qeyd edək ki, AB ölkələri və institutlarının vəd etdiyi yardımın ümumi həcmi 130 milyard avronu əhatə edir. ABŞ-ın yardımı isə 70 milyarddan azdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü