ABŞ Konqresi “Speys X” şirkətinin rəhbəri İlon Maskın Ukraynadakı hərəkətlərini araşdırmaq istəyir.
BUTA.TV xəbər verir ki, bu təşəbbüslə Demokratlar Partiyasının üzvü, senator Elizabet Uorren çıxış edib.
Uorrenin sözlərinə görə, söhbət Maskın Ukraynanın Krım sahillərində Rusiya hərbi gəmilərinə hücum etməməsi üçün "Starlink" peyklərini gizli şəkildə söndürməsindən gedir.
"Konqres baş verənləri araşdırmalı və xarici siyasətin təkcə bir milyarderin deyil, hökumət tərəfindən idarə olunmasını təmin etmək üçün əlimizdə adekvat vasitələrin olub-olmadığını öyrənməlidir", - Uorren bildirib.
Qeyd edək ki, sabah İlon Mask ABŞ-ın texnologiya sənayesi liderlərinin Kapitolidə senatorlarla qapalı görüşündə iştirak edəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü