İsveç hökuməti yaxın vaxtlarda ölkənin Silahlı Qüvvələrinə “Gripen” qırıcılarının Ukraynaya tədarükü şərtlərinin qiymətləndirilməsi barədə göstəriş verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Sveriges Radio Ekot" mənbələrə istinadən məlumat yayıb.
"Digər məsələlərlə yanaşı, hökumət təyyarələrin təhvil verilməsinin İsveçin müdafiə qabiliyyətinə necə təsir edəcəyi və ölkənin yeni əvəzedici təyyarələri nə qədər tez əldə edə biləcəyi ilə bağlı araşdırma aparılmasını istəyir", - məlumatda bildirilib.
Qeyd olunub ki, İsveç Silahlı Qüvvələri noyabrda müraciətə cavab verməlidir və bundan sonra hökumət “Gripen”i Ukraynaya göndərib-göndərməmək barədə qərar verə biləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü