Rusiya Prezidenti Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya lideri Vladimir Putinin Şərq İqtisadi Forumundakı çıxışı haqda deyib.
“Putin mahiyyətcə belə dedi: “Ermənistanın siyasi rəhbərliyi və Paşinyanın Moskvaya ünvanladığı bütün ittihamlar sırf Paşinyanın özünə ünvanlanmalıdır. Çünki həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”. İrəvanın bu gün Rusiyanı uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göstərməyə çalışdığını nəzərə alan Putin Ermənistan rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verdi”, - o bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda, suveren Azərbaycan ərazilərində hansısa qondarma “seçki” İrəvanın saman çöpündən yapışmağa cəhdindən başqa bir şey deyil:
“Heç bir ölkə bu “seçkini” qanuni saymayıb. Ona görə də erməni separatçılarının “rəhbərliyində” adların dəyişdirilməsi, ümumiyyətlə, vəziyyəti dəyişmir. İkinci Qarabağ müharibəsinin nəticələri uzunmüddətli Qarabağ münaqişəsinin səhifəsini bağladı. İndi isə praktikada yalnız bir obyektiv sual var: Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına inteqrasiyasının tempi və vaxtı”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü