Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edilib.
BUTA.TV Sfera.az-a istinadən xəbər verir ki, BMT-nin məlumatına əsasən, bu dövrdə ət və ət məhsulları 5,4 faiz, süd və süd məhsulları 22,4 faiz, taxıl məhsulları 14,1 faiz, bitki yağları 23 faiz ucuzlaşıb.
Son bir ildə yalnız şəkər bahalaşıb. Şəkərin qiyməti 34 faizdən çox yüksəlib.
Ərzaq qiymətlərində enmə aylıq müqayisədə də baş verib. Avqustda ərzaq qiymətləri 2,1 faiz azalıb. Azərbaycanda adıçəkilən əsas məhsullardan yalnız buğda və buğda ununun qiymətində, həmçinin çörəkdə ucuzlaşma var.
Digər məhsullarda isə nəinki ucuzlaşma müşahidə edilmir, əksinə qiymətlər bir qədər də artıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü