Türkiyədəki cari ildə baş tutan prezident seçkilərində “Millət İttifaqı”nda yer alan DEVA Partiyasının sədri Əli Babacan məğlubiyyətlə bağlı yeni fikirlər səsləndirib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Məğlubiyyətlə bağlı vacib bir məsələ barədə heç kim danışmır. Amma mən danışacağam. Uğursuz mübahisələr, tək ambisiyalar və mənasız davalar üzündən vətəndaşlarımız “Millət İttifaqı”nın Türkiyəni normal qaydada idarə edə biləcəyinə inanmadı.
Bundan başqa, insanımız hər fürsətdə köhnə vərdişlərinə qayıdıb seçiciləri təhqir edənlərə, “mühafizəkardan demokrat ola bilməz” deyərək böyük bir kütləni haqsız yerə ittiham edənlərə də inanmadı”, - partiya sədri vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü