Almaniya “Taurus” qanadlı raketlərini tez bir zamanda Ukraynaya ötürməlidir. Ukraynalıların Rusiya ərazisindəki hərbi hədəflərə istənilən silahla hücum etmək hüququ var.
BUTA.TV xəbər verir ki, bunu Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann deyib.
"Biz "Taurus"ları dərhal çatdırmalıyıq, çünki qanadlı raketlərin məqsədyönlü istifadəsi ilə Ukrayna ordusu Rusiyanın təchizatını ciddi şəkildə poza bilər. Hər birimiz öz hərəkətlərimizi ölçürük. Amma siz çox uzun tərəddüd etməklə çəkilən əzabları uzadırsınız", - Zimmermann rəsmi Berlinin Ukraynaya silah tədarükünü uzatmasına reaksiya verərkən bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü