HƏMAS 7 oktyabr hücumunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bunu HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib. "Sionist (İsrail – red.) həbsxanalarında 6 min fələstinli kişi və qadın var ki, biz onları israilli əsirlərlə dəyişmək istəyirik”, - o bildirib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə əllərində 200-250 girov olduğunu açıqlayıb.
İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari isə HƏMAS-ın 199 nəfəri girov saxladığını bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü