Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır.
“BUTA.TV”nin əldə etdiyi məlumata görə, O.Məmmədlinin özünü Səbail rayonu Mehdi Hüseyn küçəsində yerləşən ofisin qapısının çərçivəsindən asması müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin ehtimala görə, Orxan Məmmədli borc məsələsinə görə həyatına son qoyub.
Qeyd edək ki, O.Məmmədli turizm şirkətinin rəhbəri olub.

- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü