Türkiyədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiyməti 200 min ABŞ dollarından az olmamalıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu yeni qayda 2023-cü il oktyabrın 16-dan sonra daşınmaz əmlak almış qeyri-rezidentlərə şamil ediləcək.
Yeni qanuna əsasən, bu halda kadastr qiymətləndirməsi tələb olunmayacaq. Sənədi əldə etmək üçün yalnız “tapu” – mənzilin dəyərinin qeyd olunduğu daşınmaz əmlaka sahib olmanı təsdiq edən mülkiyyət sənədi nəzərə alınacaq.
Oktyabrın 16-dan əvvəl alınan daşınmaz əmlak sahibləri üçün isə əvvəlki qaydalar tətbiq olunacaq: kiçik şəhərlərdə daşınmaz əmlakın minimum dəyəri 50 min ABŞ dolları, meqapolislərdə isə 75 min ABŞ dollarıdır. Bu halda həm mülkiyyət, həm də qiymətləndirmə sənədi tələb olunacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü