Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş sədri Ramin Bayramlı bədii yaradıcılığa başlayıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həkim mikrobioloq hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır. O, elmi-tibbi fəaliyyətlə yanaşı paralel olaraq bədii yaradıcılıqla da məşğul olur.
TƏBİB-in sabiq sədrinin bədii yaradıcılığa başlaması isə onun Türkiyənin Cümhuriyyət bayramına həsr etdiyi "Canım, canım, Türkiyem" şeiri ilə məlum olub.
Müəllif şeirdə ulu türk sultanlarını, Türkiyəni və onun qurucularını mədh edib.
Qeyd edək ki, Ramin Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü