“Qərb və Amerikanın Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaq planı var. Bizdən istifadə edib regionu faciələr içərisinə daxil edib, öz maraqlarını təmin etmək istəyən dövlət başçıları və təşkilatlar var”.
BUTA.TV xəbər verir ki, bunu AZTV-nin “Əsas məsələ” verlişində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, Qərb və ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin olmasında maraqlıdır: “Onlar “xalqlar arasında qan tökülürsə, tökülsün, biz qətnamə qəbul edəcəyik, humanitar yardım göndərəcəyik” deyirlər. Qərb və ABŞ-nin əsas məqsədi regionda öz maraqlarını təmin etməkdir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü