Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib. Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə Mayis qızı Vəliyevanın sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib.
Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü